• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanın bu rayonlarında qaz kəsilib

CƏMİYYƏT

07 Dekabr 2022 | 15:47

Azərbaycanın bu rayonlarında qaz kəsilib

Şəmkir şəhərinin General Mehmandarov küçəsinə və Tovuz rayonunun Vahidli kəndinə təbii qazın verilişi dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb qaz xətlərində aşkar edilmiş sızmalardır.

Hazırda Şəmkirdə təxminən 200, Tovuzda isə 150-yə yaxın abonentin qazı müvəqqəti kəsilib və sızmaların aradan qaldırılması istiqamətində iş aparılır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən də “Report”a təsdiq ediblər ki, "mavi yanacaq" təchizatının məhdudlaşdırılması ərazidə baş verən qaz sızması ilə bağlıdır: "Bu, planlaşdırılmış deyil, məcburi dayanmadır. Tezliklə təbii qazın verilişi bərpa ediləcək”. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026