• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ev şəraitində hazırlanan məhsulların satışına qadağa qoyulub?

CƏMİYYƏT

06 Yanvar 2023 | 15:21

Ev şəraitində hazırlanan məhsulların satışına qadağa qoyulub?

“Kənddə ev şəraitində hazırladığımız turşuları, süd məhsullarını, mürəbbələri şəhərdə sata bilmirik. AQTA bununla bağlı qadağa qoyub”.

Bu barədə Bakıvaxtı.az-a ev şəraitində hazırladıqları məhsulları paytaxt bazarlarında sata bilməyən kənd sakinləri bildiriblər. Onlar Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin bu qadağasına etiraz edirlər.

Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın üzvü  Eyyub Hüseynov da Bakıvaxtı.az-a ev təsərrüfatının əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, birmənalı şəkildə evdə hazırlanan bütün turşular təhlükəlidir.

AİB sədri deyib ki, torpaq bütün sərvətlərin mənbəyi olduğu kimi, həm də ən təhlküəli bakteriyaların, mikropların mənbəyidir:

“Evdə hazırlanan turşular bir anda bir ailənin həyatına son qoya bilər. Bu, Azərbaycan ev mətbəxində çox yarıtmaz bir haldır. Mütləq evlərdə turşuların hazırlanması və bazara çıxarılmasına son qoyulmalıdır. Ümumiyyətlə, turşular arzuolunan qida deyil”.

E.Hüseynov bildirib ki, əgər insanların canı turşu yemək istəyirsə, buyurub sənaye üsulu ilə hazırlananları yesinlər:

“Sənaye üsulu ilə hazırlanan turşu müəssisəsində olmuşam, onun necə gigiyenik qaydalara uyğun dəfələrlə yoxlamalardan keçdiyini görmüşəm. Hətta satışa çıxarmadan öncə 1 ay saxlayırlar, yenidən yoxlamadan keçirir, sonra satışa çıxarırlar. Yəni, turşunun təhlükəsizliyi təmin olunub, sonra satışa çıxarılmalıdır”.

Ev təsərrüfatının tam əleyhinə olduğunu deyən E.Hüseynov, həmin məhsulların satışa çıxarılmasına da qarşıdır:

“Həmçinin süd və süd məhsullarının da Qida Təhlükəsizliyi Agentliyinin yoxlanışından keçmədən satışa çıxarılmasına qarşıyam. Qidanın təhlükəsizliyinin təmin olunması üçün AQTA-dan yoxlamadan keçməlidir. Bu, insan təhlükəsizliyinin qorunması üçün vacib addımdır. Düşünürəm ki, bu kimi ev təsərrüfatı ilə məşğul olan şəxslər kooperasiyalarda birləşməlidir, məhsulları AQTA-dan yoxlanışdan keçirərək satışa çıxarmalıdır. Tövsiyə edirəm ki, belə hallarla rastlaşan şəxslər 1003 Qaynar xətti ilə əlaqə saxlasınlar”.

Bakıvaxtı.az məsələylə bağlı AQTA-ya sorğu göndərib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026