• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır” - Prezident

SİYASƏT

16 Iyun 2022 | 11:28

“Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır” - Prezident

“Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

Dövlət başçısı xatırladıb ki, bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçirilib və bu iclasda gələcək addımlar və planlar müzakirə olunub.

“Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb və biz artan tələbatı ödəmək üçün əlimizdən gələni edirik. Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Bu, asan deyil, çünki qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik”, - Prezident bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026