Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 308,134 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 13,8 % azdır.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,6 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 15,9 % azalaraq 724,535 milyon ABŞ dolları (ümumi ixracın 11 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 10,9 % azalaraq 583,599 milyon ABŞ dolları (ümumi idxalın 3,5 %-i) olub.
İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 8 % artaraq 23 milyard 435,258 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 7,8 % artaraq 6 milyard 560,377 milyon ABŞ dolları, idxalın dəyəri isə 8,1 % artaraq 16 milyard 874,881 milyon ABŞ dolları təşkil edib.