• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycanın Türkiyəyə ixracı azaldı

İQTİSADİYYAT

21 Sentyabr 2021 | 21:24 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın Türkiyəyə ixracı azaldı

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq 1,756 milyard dollara bərabər olub.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Türkiyənin Azərbaycanın ümumi ixracında pay 13,58 faiz təşkil edib.

2021-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana idxal ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 1,128 milyard dollara bərabər olub. Azərbaycanın idxalında Türkiyənin payı 15,35 faiz təşkil edib.

İki ölkə arasında ticarət dövriyyəsi isə ötən ilin yanvar-avqusta ayları ilə müqayisədə 0,5 faiz azalaraq 2,885 milyard dollar olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR