Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin deyib ki, ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur.
Sözsüz ki, təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssasdır”, - deyə Rusiya Prezidenti qeyd edib.