Azərbaycanla Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihə səsverməyə çıxarılaraq təsdiq olunub.
Mina Mikayılova
















