• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Azəriqaz” sayğacların şəffaflığını daha da artırır

CƏMİYYƏT

17 Avqust 2021 | 11:29

“Azəriqaz” sayğacların şəffaflığını daha da artırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutularının quraşdırılmasına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ”Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, qutular həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğaclara tətbiq olunacaq. Zərbəyə, günəş şüalarına və ətraf mühitin təsirlərinə davamlı olan qutular quraşdırıldıqdan sonra abonentlərlə birlik arasında əsassız ittihamlar qalmayacaq. Qutu 4 yerdən kip şəkildə bərkidiləcək, aşağı və yuxarı hissədən möhürlənəcək.

Bu halda nə qaz paylayıcının nə də istehlakçının qaz sayğacına hər hansısa bir təması olmayacaq. Eyni zamanda qaz sayğacının işlək və saz vəziyyətdə saxlanılması təmin olunacaq. Abonent əvvəlcədən ödənişli sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya biləcək. Sonradan ödənişli sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkün olacaq.

Daha ətraflı sosial şəbəkə ünvanından video materialı izləyə bilərsiniz:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026