• Bakı 9° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Azərpoçt” və “Azərkosmos” təkzib edir

CƏMİYYƏT

07 Yanvar 2023 | 19:31 | Müəllif: Subhan Mahmudov

“Azərpoçt” və “Azərkosmos” təkzib edir

“Azərpoçt” və “Azərkosmos” ötən ili zərərlə başa vurmaları barədə yayılan məlumatları əsassız hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, "Azərpoçt"da 2021-ci ildən təşkilati struktur, idarəetmə, əməliyyatlar, xərclərin optimallaşdırılması da daxil olmaqla bir neçə istiqamətdə geniş islahatlara start verilib. 2022-ci ildə də davam etdirilən islahatlar həm də gəlirlərin artması baxımından artıq öz faydasını verməkdədir.

“Azərpoçt” 2020-ci ildə yaranmış zərərin həcmini 2021-ci ildə 30% azaldıb. Daxili hesablamalar göstərir ki, həyata keçirilmiş tədbirlər nəticəsində “Azərpoçt” 2022-ci ili 3.5-4.0 milyon manat mənfəətlə başa vurub.

“Azərkosmos” son 3 ildə, ardıcıl olaraq hər il fəaliyyətini mənfəətlə başa vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026