• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Aztelekom” Şuşada filial açdı

CƏMİYYƏT

06 Yanvar 2022 | 16:44

“Aztelekom” Şuşada filial açdı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC-də növbəti struktur islahatı aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, qurumun azad edilmiş ərazilərdə ilk filialı olan “Şuşa” filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur.

Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq fakt təsdiq edilib.

Qeyd edək ki, bundan öncə şirkətin "Cənub Şirvan", "Şimal-Qərb", "Şimal-Şərq", "Aran" və "Dağlıq Şirvan" regional filialları yaradılıb.

Xatırladaq ki, "Aztelekom"da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq aparılır. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026