• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bacı bildiyi şəxs anası çıxdı, nənəsi isə...

DÜNYA

14 Mart 2023 | 14:56 | Müəllif: Qalib İbrahimoğlu

Bacı bildiyi şəxs anası çıxdı, nənəsi isə...

 Almaniyada yaşayan Kader D. 41 il sonra bacı bildiyi şəxsin əslində anası, ana çağırdığı qadının isə nənəsi olduğunu öyrənib.

Bakıvaxtı.az xəbər verir ki. ona bu etirafı bacısı, əslində isə anası Yurdagil edib.

Habertürk-ün məlumatına görə, 1972-ci ildə Almaniyada anadan olan Kader D. illərlə anası Güllüzar və atası Abbas D. ilə Bağcılarda yaşayıb. Bacısı Yurdagül D. Isə Almaniyada yaşayırdı.

Almaniyada ailəli və bir qızı olan Yurdagül 10 il əvvəl xəstələnib. Sağalmaz xəstəlik keçirən Yurdagül İstanbula qayıdıb. Ölüm yatağında Kader D.-yə zəng edən Yurdagül şok etiraf edib. Belə ki, o, Kaderə bacısı deyil, anası olduğunu deyib.

"1971-ci ilin sonunda Almaniyaya ərə getməyə hazırlaşırdım. İstanbulda pasport prosedurlarımı edərkən tanış olduğum bir polis məni zorladı. Almaniyaya getdim. Orada hamilə olduğum məlum oldu. Səni dünyaya gətirdim. Sonra səni İstanbuldakı valideynlərimin yanına göndərdim. Valideynlərim səni öz övladları kimi saxladılar” , - deyə Yurdagil qardaşına etiraf edib.

Kaderi İstanbula göndərdikdən sonra Almaniyada evləndiyini açıqlayan Yurdagül D. illər uzunu özünü Kaderin bacısı kimi təqdim edib: “Atanın adı. Isə B.G.-dir.

Kader D. 3 il sonra Yurdagülün iddiaları ilə bağlı məhkəməyə müraciət edib. O, Yurdagilin əsl anası olub-olmadığını müəyyən etmək üçün DNT testi tələb edib. Məhkəmə qərarı ilə açılan məzarda Yurdagül D.-nin DNT-si alınıb. Kader D-dən alınan qan nümunəsi ilə müqayisədə DNT uyğun gəlir. Yurdagül D.-nin yalan danışmadığı ortaya çıxıb. Beləliklə, Yurdagül D.-nin Kader D.-nin anası olduğöu müəyyənləşib.

Kader D. bu dəfə B.G.-yə qarşı atalıq iddiası qaldırıb. B.G.-nin oğlundan DNT götürülməsinə qərar verilib. Həyatını itirən B.G.-nin oğlundan alınan qan nümunəsi ilə Kader D.-dən alınan qan nümunəsi arasında DNT müqayisəsi aparılıb. Müqayisə zamanı DNT-nin bir-biri ilə uyğun olduğu müəyyən edilib. DNT nəticəsi D.G.-nin Kader D.-nin atası olduğunu sübut edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026