Ötən il dünyasını dəyişən məşhur aktyor Metyu Perrinin pərəstişkarları Britaniya Kino və Televiziya İncəsənət Akademiyasını (BAFTA) tənqid ediblər.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb isə BAFTA mükafatları təqdim olunan zaman ötən il dünyasını dəyişən incəsənət xadimlərinə həsr olunmuş “Xatirədə” bölməsində Metyu Perrinin adının çəkilməməsi olub.
Aktyorun pərəstişkarları öz narazılıqlarını “X”da yazıblar. Paylaşımda BAFTA-nın laqeydliyini heç cür bağışlaya bilmədiklərini qeyd ediblər.
Buna cavab olaraq, BAFTA nümayəndələri Perrinin mükafata layiq görüləcəyini, lakin mükafatın daha gec təqdim olunacağını bildiriblər.
Qeyd edək ki, "Dostlar" serialının ulduzu, 54 yaşlı Metyu Perri 28 oktyabr 2023-cü ildə vəfat edib.
Günəş Mərd
















