• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Bakcell" ermənilərin yaraladığı əməkdaşla bağlı MƏLUMAT YAYDI

CƏMİYYƏT

30 Dekabr 2021 | 12:26 | Müəllif: Qalib İbrahimoğlu

"Bakcell" ermənilərin yaraladığı əməkdaşla bağlı MƏLUMAT YAYDI

“Bakcell” Ağdam rayonunda əməkdaşının yaralanması ilə bağlı dərc olunmuş xəbərlərə münasibət bildirib.

Şirkətdən Bakıvaxtı.az-a daxil olan açıqlamada deyilir:

“Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur".

Qeyd olunub ki, hazırda “Bakcell” şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşların Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR