• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakı Fond Birjası hərrac keçirib

İQTİSADİYYAT

19 Avqust 2024 | 17:07 | Müəllif: Əli Hüseynov

Bakı Fond Birjası hərrac keçirib

Bakı Fond Birjasında  (BFB) “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin buraxılış həcmi 50 milyon manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac başa çatıb.

BFB-dən Bakıvaxtı.az-a bildirilib ki, istiqrazların hərrac qiyməti 1000 manat olub.

Faizli ipoteka istiqrazının sayı 50 min ədəd, buraxılış həcmi 50 milyon manat, illik gəlirlilik faizi 3,25 faiz təşkil edib. İstiqrazların tədavül müddəti 7200 gündür. “Unicapital İ.Ş” ASC anderrayter vəzifəsində çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026