Bakının ən çox yüklənən, həm də ən turistik nöqtələrindən biri olan metronun “İçərişəhər” stansiyasının ətrafında yaxın illərdə ciddi infrastruktur dəyişiklikləri gözlənilir.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən məlumat verir ki, stansiyadan sonra dönmə qurğusu və onun üstündə yeraltı parklanma sahəsi salınacaq.
Metrostansiyadan dərhal sonra yerləşəcək dönmə qurğusu, yəni qatarların istiqamət dəyişməsinə imkan verən sistem həm xəttin çevikliyini artıracaq, həm də təxirəsalınmaz hallarda qatarların mərkəzə qayıtmasını sürətləndirəcək.
Bu mühüm texniki infrastrukturun üzərində isə yeraltı avtomobil dayanacağı olacaq. Tarixi mərkəzdə avtomobil saxlamaq çətinliyi, ən çox da turist axını olan vaxtlarda ciddi problemə çevrilirdi.
Ən vacib dəyişikliklərdən biri də metronun “28 May” stansiyasında nəzərdə tutulur. Artıq bu ərazi təkcə qovşaq yox, mərkəzi keçid platforması olacaq. Hazırda istifadəçilər bir stansiyadan digərinə keçid zamanı yolun böyük hissəsini yeraltı keçid vasitəsilə qət edirlər. Yeni layihəyə əsasən, xətlərarası birbaşa keçid tuneli salınacaq və fasiləsiz qatar inteqrasiyası təmin ediləcək.
Yeni proqram çərçivəsində 10 yeni stansiya, xüsusilə də “Yaşıl” və “Bənövşəyi” xətlərin uzadılması nəzərdə tutulur. Bu isə təkcə metro şəbəkəsinin genişlənməsi deyil, həm də şəhər daxilində balanslı sərnişin paylanması deməkdir.
Ətraflı süjetdə: