• Bakı 17° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Bakı Qran Prisinə ən çox bilet hansı ölkələrdən alınıb?

FORMULA 1

09 Aprel 2023 | 09:13

Bakı Qran Prisinə ən çox bilet hansı ölkələrdən alınıb?

Bu il keçiriləcək Formula-1 Azərbaycan Qran Prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır. Tribunaların bir çoxuna biletlər artıq tamamilə tükənib. Qalan tribunalarda isə çox az yer qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, “Abşeron” tribunasının B seksiyasına, “Filarmoniya”, “Sahil” və “Bulvar” tribunalarına biletlər tam satılıb. “Muğam” tribunasına isə çox az bilet qalıb.

Turab Teymurov vurğulayıb ki, Formula-1 yarışı artıq yeddinci ildir Azərbaycanda keçirilir. Lakin ilk dəfədir ki, biletlər belə tez satılır. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb.

“Azərbaycan Qran Prisi aprelin 28-30-da keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq. Ümidvarıq ki, Azərbaycan Qran Prisi gələcəkdə də davam edəcək. Bakıdakı yarışın müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Bu barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə paylaşılacaq”, - Turab Teymurov əlavə edib.


SON XƏBƏRLƏR

24 Aprel 2024