• Bakı 12° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, xəsarət alan var

HADİSƏ

28 Noyabr 2025 | 11:29

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, xəsarət alan var

Nasaz avtomobil zəncirvari qəzaya səbəb olub.

Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 06:00 radələrində, Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, E.Abdullayev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi "VAZ" markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən "KİA" markalı avtomobillə toqquşub, nəticədə A.Quliyev xəsarət almışdır. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, bu gün saat 06:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.


SON XƏBƏRLƏR

27 Noyabr 2025