• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq

CƏMİYYƏT

10 Iyun 2026 | 11:02 | Müəllif: Əli Hüseynov

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.

ADY-dən Bakıvaxtı.az-a verilən məlumata görə, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.

    Qeyd edək ki, Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə etmək olar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026