• Bakı 7° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda açıq ərazidə güclü yanğın - VİDEO

HADİSƏ

18 May 2022 | 18:38 | Müəllif: Subhan Mahmudov

Bakıda açıq ərazidə güclü yanğın - VİDEO

Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsində açıq ərazidə yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanır. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026