• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakıda ağır yol qəzası: "Jeep" ər-arvadı vuraraq öldürdü

HADİSƏ

22 Dekabr 2021 | 09:58 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda ağır yol qəzası: "Jeep" ər-arvadı vuraraq öldürdü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.

Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub. Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026