Bakıda yük avtomobili yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadla məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. "Ford" markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















