Ötən gün axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbəsi sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.
Bakıvaxtı.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətindən "qafqazinfo.az"a bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur.
Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.















