• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıda binanın dayaq sütunu uçdu - VİDEO

CƏMİYYƏT

10 Fevral 2026 | 21:23 | Müəllif: Subhan Mahmudov

Bakıda binanın dayaq sütunu uçdu - VİDEO

Bakıda tikintisi davam edən binanın dayaq sütunu uçub.

Bakıvaxtı.az  "Yeni Sabah"a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, metronun "20 Yanvar" stansiyasının yaxınlığında yeni inşa olunan yaşayış binasında baş verib.

Dövlət Su Ehtiyatları Agentliyinin əsas binası da (keçmiş "Azərsu") həmin ərazidə yerləşir.

Hadisənin səbəbi məlum deyil.

Yaranmış vəziyyət sakinlərin narahatlığına səbəb olub. Onlar bildirib ki, uçqun olan ərazidən daim avtomobillər və piyadalar keçir, əgər beton qırılıb yerə düşsə, bu, ciddi fəsadlara səbəb ola bilər. Ona görə də aidiyyəti qurumların dərhal tədbir görməsi vacibdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026