• Bakı 18° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEO

CƏMİYYƏT

13 Fevral 2023 | 15:33

Bakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEO

FHN tikinti və yanğın təhlükəsizliyi normalarının pozulması faktı üzrə araşdırmalara başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 27A ünvanında yerləşən "Park Azure" kompleksində istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış təyinatlı mərtəbələrində tikinti və yanğın təhlükəsizliyi normaları pozulmaqla yenidənqurma işlərinin aparılması haqqında bina sakinlərindən müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında aparılmış qanunsuz yenidənqurma işləri dayandırılaraq, bu işlərin binanın dayanıqlığına, möhkəmliyinə və yanğın təhlükəsizliyinə təsiri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb.


Bakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEOBakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEOBakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEOBakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEOBakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEOBakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEOBakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEOBakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEOBakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEOBakıda bu çoxmərtəbəli bina ilə bağlı araşdırma başlanıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026