• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Yaşayış binasında yanğın zamanı 20-yə yaxın sakin təxliyə olunub - YENİLƏNİB

CƏMİYYƏT

26 Yanvar 2022 | 16:11 | Müəllif: Qalib İbrahimoğlu

Yaşayış binasında yanğın zamanı 20-yə yaxın sakin təxliyə olunub - YENİLƏNİB

Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan olmayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov deyib.

Qeyd olunub ki, yanğın sahəsi 85 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Yanğınsöndürənlərlə yanaşı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən yanğın zamanı 20-yə yaxın bina sakini təxliyə edilib. Yanğınla bağlı 14:40-da məlumat verilib. 14:44-də yanğınsöndürənlər hadisə yerinə çatıb. Ümumilikdə yanğına 3 yanğınsöndürmə avtomobili və canlı qüvvə cəlb edilib.

*** 15:14

Bakının Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çoxmərtəbəli yaşayış binasındakı yanğını söndürüb.

***

14:59

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinidən bildirilib.

Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026