• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

 DİM sədrindən abituriyentlərə MÜRACİƏT

CƏMİYYƏT

25 Fevral 2022 | 14:44 | Müəllif: Qalib İbrahimoğlu

DİM sədrindən abituriyentlərə MÜRACİƏT

“Dövlət İmtahan Mərkəzinin loqosundan istifadə qeyri-qanunidir. Biz onlarla mübarizə aparacağıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

O deyib ki, bu insanlarla mübarizə aparılır, məlumat verilir: “Biz həmin səhifələrin bağlanmasını təmin edirik. Amma çox zaman onlar bizim adımızdan münasibət bildirir, iradlar verirlər. Həmin adamlar bizim işimizə maneə yaradır".

Valideynlərə və abituriyentlərə müraciət edin Abbaszadı bildirib ki, sualları DİM-in rəsmi hesablarına ünvanlamaq olar:

"Çox istərdim ki, bizim media orqanlarımız da bu istiqamətdə çalışsınlar. Maarifləndirmə başqa işdir, “layk” xətrinə məlumat vermək başqa. Biz hər zaman cavab verməyə açığıq. Fakt daxil olubsa, bunu yayımladan əvvəl bizə müraciət etməyinizi xahiş edirik” , deyə DİM sədri əlavə edib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026