• Bakı 27° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Bakıda DƏHŞƏT: Azyaşlı onuncu mərtəbədən yıxılaraq ÖLDÜ

HADİSƏ

02 Sentyabr 2022 | 12:37

Bakıda DƏHŞƏT: Azyaşlı onuncu mərtəbədən yıxılaraq ÖLDÜ

Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-2” yaşayış kompleksində beş yaşlı uşaq onuncu mərtəbədən yıxılaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saat 2-3 radələrində baş verib.

Məlumata əsasən, azyaşlının valideynləri boşanıblar. Uşaq anası ilə tək yaşayırmış. Onların kirayədə yaşadıqları bildirilir. Ana hadisə yerinə gələn polislərə marketə getdiyini, qayıdanda isə uşağı evdə görmədiyini deyib. Bir qədər sonra isə uşağın atası da hadisə yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)


SON XƏBƏRLƏR

28 Iyun 2025