• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Doğum evinin yaxınlığında yanğın - YENİLƏNİB

HADİSƏ

19 Iyun 2024 | 16:10

Doğum evinin yaxınlığında yanğın - YENİLƏNİB

Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla əlaqədar bildiririk ki, heç bir xəsarət qeydə alınmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

    "Məlumat üçün bildirək ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.

    Əlavə olaraq qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb".

    ***

    15:13

    Bakıda doğum evinin yaxınlığında taxta tullantıları yanır.

    Bakıvaxtı.az xəbər verir ki, yanğın Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında baş verib.

    Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib.

    FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

    Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.


    SON XƏBƏRLƏR

    21 Oktyabr 2024