• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda evə BASQIN: şübhəli şəxs zərərsizləşdirildi

HADİSƏ

03 Sentyabr 2024 | 12:06

Bakıda evə BASQIN: şübhəli şəxs zərərsizləşdirildi

Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub.

Faktla bağlı araşdırma aparılır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR