• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda hava dəyişkən buludlu, rayonlarda duman olacaq

CƏMİYYƏT

10 Dekabr 2021 | 08:10 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda hava dəyişkən buludlu, rayonlarda duman olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi iıə əvəz olunacaq.

ETSN Milli Hidrometeoroloji Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda da hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026