• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Hündürmərtəbəli binada yaranmış təhlükə aradan qaldırıldı

CƏMİYYƏT

08 Yanvar 2022 | 19:20 | Müəllif: Qalib İbrahimoğlu

Hündürmərtəbəli binada yaranmış təhlükə aradan qaldırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində pəncərə çərçivəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-in saytına istinadən xəbər verir ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR