Yasamalda hündürmərtəbəli binada yanğın söndürülüb.
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq saat 21:36-da söndürülüb.
Yanğının 7-ci mərtəbədə baş verdiyi, ətraf mənzillərə keçdiyi, daha sonra isə 8-ci mərtəbəyə də yayıldığı qeyd edilir.
Ciddi xəsarət alan olmasa da iki nəfərin yüngül xəsarət aldığı bildirilir. Belə ki, onlardan biri, polis əməkdaşı, tüstüdən zəhərlənib.





















