• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Magistraturaya qeydiyyatın müddəti uzadılıb

CƏMİYYƏT

21 Iyul 2021 | 15:02

Magistraturaya qeydiyyatın müddəti uzadılıb

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı “portal.edu.az” platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, iyulun 21-i səhər saatlarına olan məlumata əsasən, 8941 (83 faiz) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61 faiz) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

Bakalavrların nəzərinə çatdırılır ki, qeydiyyat müddəti iyulun 26-sı saat 23:59-dək uzadılıb

Bakalavrlar “portal.edu.az” platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026