• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bakıda kuryoz hadisə: Oğurladığı pullar oğurlandı

HADİSƏ

27 May 2024 | 18:14

Bakıda kuryoz hadisə: Oğurladığı pullar oğurlandı

Bakıda kuryoz hadisə baş verib. Belə ki, başqasının evindən oğurluq edən şəxsin özü də cinayətin qurbanı olub.

Bakıvaxtı.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata əsasən, mayın 22-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş Nazir Qasımov idarə etdiyi "Mercedes" markalı avtomobillə birgə saxlanılıb.

N.Qasımov polis şöbəsində ərizəsində mayın 24-də onun avtomobilindən 840 manat pulunun oğurlamasını bildirib.

Görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qadın da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024