• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda lift qırıldı - Yaralılar var

HADİSƏ

23 Iyun 2024 | 19:03 | Müəllif: Subhan Mahmudov

Bakıda lift qırıldı - Yaralılar var

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakıvaxtı.az-a bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR