• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda qadın ərinin 17 min manatını oğurladı

CƏMİYYƏT

03 Mart 2022 | 14:20

Bakıda qadın ərinin 17 min manatını oğurladı

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə fevralın 28-nə keçən gecə Sulutəpə qəsəbəsindəki evlərin birindən 17.000 manat pul və mobil telefonun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun ev sahibinin arvadı tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR