• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kimlər oruc tuta bilməz?

CƏMİYYƏT

02 Aprel 2022 | 13:16 | Müəllif: Qalib İbrahimoğlu

Kimlər oruc tuta bilməz?

Allah-Təalanın yaratdıqlarına əmr etdiyi vacib əməllər müqəddəs kitablarda öz əksini tapıb. Allah-Təala "əl-Bəqərə" surəsinin 183-cü ayəsində buyurur ki, "ey imanı olanlar, sizlər üçün oruc tutmaq yazılmışdır". "Yazılmış" sözü təhlil olunanda burada məna tərcümədə Allah-Təalanın bəndələrinə müraciətlə "vacib edilmişdir, əmr olunmuşdur" anlamına gəlir.

Orucluğun vacib edilməsi düz yolu tapmış, təmiz, əqidə sahibləri olmaqdan ötrü vacib buyurulur. İnsan öz imanını saflaşdırmaq, Allah yoluna hidayət üçün onun əmrinə itaət və ona ibadət etməlidir. İbadətdə oruc vacib şərtlərdəndir. Oruc hər il bir ay ərzində tutulur, lakin il ərzində də insan sünnət və müstəhəb orucları da tuta bilər.

Ramazan ayında tutulan oruc mütləq və vacib sayılır. Yəni, hər bir müsəlmanın əgər işi, sağlamlığı ilə bağlı qayğıları yoxdursa, oruc tutması mütləqdir. İşi və sağlamlığı ilə bağlı problemi olan şəxsə rüsxət verilir ki, həmin ayda oruc tutmasın, daha sonra qəza oruclarını tuta bilər.

Məlahət Abbasova: "Orucun xəstəlik yaradacaqmış kimi qəbul olunması düzgün deyil"

Bəs kimlər oruc tuta bilməz? Həkim-terapevt Məlahət Abbasova Bakıvaxtı.az-a bildirib ki, əslində Ramazan ayında orucluq hər bir müsəlmana vacib bilinib: “Lakin orda bəzi qadağalar da var. Məsələn, hamilələr, yaşlılar, əsgərlər oruc tutmaya bilərlər. Amma burda da bəzi istisnalar var. Həkimlər mədəsi xəstə olanlara, onkoloji pasientlərə oruc tutmağı qadağa edir".

Onun sözlərinə görə, orucun xəstəlik yaradacaqmış kimi qəbul olunması düzgün deyil. Həkim bildirib ki, insan orqanizmi 11 ay fasiləsiz işləyir, 1 ay orucluq sayəsində insan zərərli maddələrdən təmizlənir.

Hacı Şahin: "Xəstə olan şəxsin oruc tutması günah sayılır"

Bəzən xəstə olsa da, həkim qadağasına baxmayaraq, israrla oruc tutan insanlar da olur. Dinimiz bu barədə nə deyir? İlahiyyatçı Hacı Şahin Bakıvaxtı.az-a bildirib ki, Qurani-Kərimdə oruc haqqında danışalarkən belə buyurulub ki, Allah sizdən çətinlik deyil, asanlıq istəyir: “Yəni, insan öz həyatını təhlükəyə ata bilməz. İbadət belə insanın həyatına təhlükə yaradırsa, insan ondan imtina etməlidir. Orucluq zamanı da belədir. əgər insan həkimlə məsləhətləşib, ona oruc tutmağın ciddi zərər vuracağı deyilirsə, tutmamalıdır. Lakin belə bir şərt var ki, həkim də dini inanclı biri olmalıdır ki, xəstənin həssaslığını başa düşsün".

Hacı Şahin onu da deyib ki, xəstə olan şəxs oruc tutarsa, günah sayılır. Onun sözlərinə görə, bu, insanın öz canına qəsd etməsi hesab edilir, bu da olduqca böyük günahdır: "İnsanlar düşünməlidir ki, mən xəstəyəmsə, Allah məndən oruc olmağımı istəmir. Beləliklə, Allahın əmrinə uyğun olaraq, şəxsin tutmadığı oruc üzrlü hesab olunur. Üzrsüz səbəbdən oruc pozulması isə günahdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026