• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan məscidlərində BAYRAM NAMAZI qılındı - YENİLƏNİB

CƏMİYYƏT

02 May 2022 | 09:01 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan məscidlərində BAYRAM NAMAZI qılındı - YENİLƏNİB

Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Əjdərbəy məscidində bayram namazı saat 9:00-da, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin iştirakı ilə qılınıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyib. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.

Qeyd edək ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

***

08:00

Azərbaycanda bu gün Ramazan bayramıdır.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.

Bu gün bayram namazı Göy məscid və Əjdərbəy məscidində saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Strasburqda səfərdə olduğundan, bayram namazında iştirak edə bilməyəcək.  Ramazan bayramında şeyxülislam Allahşükür Paşazadəni pişnamazda “Təzəpir” məscidinin imamı Hacı Faiz əvəz edəcək.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR