• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Piyada gəzməyin orqanizm üçün FAYDALARI

CƏMİYYƏT

01 Iyun 2022 | 01:30 | Müəllif: Qalib İbrahimoğlu

Piyada gəzməyin orqanizm üçün FAYDALARI

Müasir dövrdə əksər insanlar aktiv həyat tərzi sürmürlər. Buna ya vaxt çatmır, ya da müxtəlif səbəbləri bəhanə gətirərək ciddi yanaşmırlar. Halbuki fiziki aktivliyi artırmaq, yaxşı formada olmaq üçün gün ərzində azı 30-45 dəqiqə piyada gəzmək kifayət edir. Piyada gəzmək əhvalı yaxşılaşdırır, emosional gərginliyi götürür, sakitlik yaradır. Eyni zamanda orqanizmdən zərrəli maddələrin qovulması prosesini sürətləndirir, maddələr mübadiləsini tənzimləyir.

Bakıvaxtı.az-ın azərtac-a istinadən məlumatına görə,  fizioterapevt Məhəmməd Şükürov deyib ki, optimal yeriş hər gün, həftədə beş dəfə minimum 3 min addım atılması deməkdir. Dəqiqədə 100 addım atılması optimal sayılır.

Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini normada saxlayır, oynaqların funksiyasını yaxşılaşdırır. Gəzinti zamanı qan dövranı düzgün işləyir, beyin oksigenlə tam qidalanır, əhvalın xoş olması, stresin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.

Onun sözlərinə görə, elə optimal yeriş seçilməlidir ki, nə passiv olmasın, nə də təngnəfəslik verməsin: "Lakin bir qədər sürətli olmalıdır, çünki ürək döyüntüsünün sayını 100-ün üzərinə çıxmalıdır. Lakin onu aşırı dərəcədə də artırmaq olmaz. Ürək döyüntüsü 100-120 olanda metobolizm prosesi sürətli gedir”.

Sağlamlıq üçün sürətli yerişə üstünlük verilməlidir. Günün hansı saatlarının seçilməsi də əhəmiyyətli məsələdir. Oksigenin bol olduğu səhər saatlarında yaşıllıqlar arasında gəzmək daha münasibdir. Sağlamlığı optimal səviyyədə saxlamaq üçün yürüşə hər gün vaxt ayırmaq lazımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR