• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Sərnişin-sürücü aqressiyası nədən qaynaqlanır?

CƏMİYYƏT

30 Iyun 2022 | 19:35

Sərnişin-sürücü aqressiyası nədən qaynaqlanır?

Bir neçə gün əvvəl Sumqayıtda avtobusda baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, sərnişin qadın sürücüyə qeyri-etik ifadələr işlədərək vurmağa çalışır, sürücü isə onu təpiklə itələyir və qadın yıxılır.

Bakıvaxtı.az xəbər verir ki, ümumiyyətlə, cəmiyyətdə tez-tez, xüsusilə də yaşlı insanlar tərəfindən bu cür davranışların şahidi oluruq. İndanların bir-birinə qarşı aqressiyası artıb. Hər kəs hirsini, əsəbini başqasının üstünə tökməyə çalışır.

Bəs bu davranışların psixoloji əsası varmı? Psixoloq, psixoterapevt Elmir Əkbərin Bakıvaxtı.az-a dediyinə görə, belə hadisələrin sayı pandemiyadan sonra daha da artıb: “Burda bir neçə məqam var. O adamların bir qismində psixi pozuntular var, sadəcə insanlar kənardan bunu hiss etmirlər. Elə aqressiv olmağın özü də psixi pozuntu deməkdir. Bir qismində isə mənəvi pozuntu və tərbiyyə porblemləri var. Bu, daha faciəli və dəhşətlidir. Psixi pozuntunu müalicə etmək, psixoloji problemləri aradan qaldırmaq olur, amma o tərbiyyə və mənəviyyat problemləri qəliz və çətin məsələdir”.

Psixoloqa görə, bir sıra psixi problemlər var ki, onlar müəyyən yaş dövründə yaranır. Ona görə də bunun baş verməsinə anlayışla yanaşılmalıdır.

E.Əkbərin sözlərinə görə, heç də hər kəz qocaldıqca ağıllanmır: “Ağıllı insan yaşlandıqca müdrikləşir, axmaq insan isə sadəcə qoca axmağa çevrilir. Mən həmişə deyirəm, bunu yaddan çıxarmamalıyıq, əxlaqsız qocalanda namus əldə getmir ki! Qoca əxlaqsıza çevrilir. Ona görə də, belə hallar var, şahid olduqda polisə zəng etmək lazımdır ki, tədbir görsün. Əgər həmin şəxsin psixi pozuntusu varsa, polis oni psixiatrik xəstəxanalara yönəldəcək. Amma çalışmalıyıq ki, böyüklü-kiçikli hamımız ədəb-ərkan qaydalarına riyaət edək”.

Müsahibimiz deyir ki, Azərbaycanımızın ən gözəl dəyəri bizim tərbiyəmiz, mənəviyyatımız, mədəniyyətimizdir: “Buna birinci növbədə böyüklər olmaqla hamı riyaət etməlidir. Bir halda var ki, bəzən insanlar ədəbsizə qarşı ədəbsiz tədbir görmək məcburiyyətində qalır. Onları da başa düşürəm, bəzi hallarda ədəbsizlə başqa cür davranmaq mümkün olmur. Ona görə də, mən hamımızı bu məsələdə həssas olmağa çağırıram”.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Mart 2024