• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda qeyri-adi dələduzluq - Bu dəfə...

CƏMİYYƏT

15 Dekabr 2022 | 14:54

Bakıda qeyri-adi dələduzluq - Bu dəfə...

Bakıda tanışına qarşı dələduzluq edən şəxs barəsində cinayət işi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Ramil Əliyev (ad və soyadlar şərtidir) tanışı Emil Quliyevə ona sürücülük vəsiqəsi alacağına dair vəd verib. Belə ki, Emil ayrı-ayrı vaxtlarda Ramilə ümumilikdə 1 300 manat pul verib.

Ramil bu pulla ona "BC" kateqoriyalı sürücülük vəsiqəsini alacağını bildirib, lakin vədinə əməl etməyib. 

Dələduzluğa məruz qalan Emil bu barədə aidiyyatı üzrə şikayət edib, faktla bağlı Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) ilə cinayət işi başlanıb.

İşə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə icraatı başladıqdan sonra təqsirləndirilən şəxs tanışına vurduğu zərəri ödəyib. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026