• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda yaşayış binasında bədbəxt hadisə - VİDEO

CƏMİYYƏT

09 May 2022 | 18:16 | Müəllif: Subhan Mahmudov

Bakıda yaşayış binasında bədbəxt hadisə - VİDEO

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış binasında bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.

Məlum olub ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi dəhlizinin tavanının qismən uçması nəticəsində 3 mənzilin giriş qapısının qarşısı bağlanıb və nəticədə 4 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər mənzillərin giriş qapısının açılmasına maneə yaradan dağıntıları operativ olaraq aradan qaldıraraq vətəndaşları mənzillərdən təxliyə ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha videogörüntünü təqdim edir:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026