• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda yeni doğulmuş körpə meyiti TAPILDI

CƏMİYYƏT

01 Aprel 2022 | 16:14 | Müəllif: Subhan Mahmudov

Bakıda yeni doğulmuş körpə meyiti TAPILDI

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.

Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş qız uşağının meyiti aşkarlanıb. 

Körpə meyitinin kimin tərəfindən küçəyə atıldığı hələlik bilinmir. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Lent.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR