• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakının mərkəzində aksiyaya cəhd - DİN-dən REAKSİYA

CƏMİYYƏT

07 Dekabr 2021 | 14:38 | Müəllif: Subhan Mahmudov

Bakının mərkəzində aksiyaya cəhd - DİN-dən REAKSİYA

Bu gün Tərtər hadisələri ilə bağlı həbs edilənlərin ailə üzvləri Prezident Administrasiyasının yaxınlığına toplaşıb. Onlar Tərtər işi ilə bağlı istintaqın ədalətli və düzgün aparılmadığını deyərək etiraz ediblər.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfoya açıqlamasında bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:

"Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026