• Bakı 26° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Bakının Xətai prospektində təmir işlərinə başlanılıb

CƏMİYYƏT

09 Sentyabr 2025 | 12:35

Bakının Xətai prospektində təmir işlərinə başlanılıb

Bakının Xətai prospektində təmir işlərinə başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1 740 metrlik hissəsini əhatə edir. Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir.

Layihə çərçivəsində zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi, prospektə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi, həmçinin yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması işlərinin görülməsi nəzərdə tutulur.

Bütün işlər "İnşaat Norma və Qaydaları"na uyğun şəkildə həyata keçirilir. Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsiz və nizamlı təşkili məqsədilə üfüqi nişanlama xətlərinin çəkilməsi təmin olunacaq.

 


SON XƏBƏRLƏR