• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıya və rayonlara qar yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

23 Yanvar 2024 | 18:22 | Müəllif: Subhan Mahmudov

Bakıya və rayonlara qar yağır - FAKTİKİ HAVA

Yanvarın 23-ü saat 18:00-a olan məlumata əsasən Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi-aran, Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında da sulu qar, qar yağır.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-sı, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR