• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ombudsmanın Milli Preventiv Qrupu Suriyadan gətirilən azərbaycanlılarla görüşdü

CƏMİYYƏT

22 Fevral 2024 | 17:18

Ombudsmanın Milli Preventiv Qrupu Suriyadan gətirilən azərbaycanlılarla görüşdü

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Suriyadan ölkəmizə repatriasiya 7 nəfər azərbaycanlı ilə görüşüblər.

Ombudsman Aparatından Bakıvaxtı.az-a verilən məlumata görə, görüş çərçivəsində Milli Preventiv Qrupunun ixtisasca psixoloq üzvü tərəfindən repatriasiya olunmuş şəxslərin psixoloji vəziyyəti də qiymətləndirilib.

Sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunub.

Qeyd olunub ki, Ombudsman tərəfindən xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Ombudsman tərəfindən Azərbaycan Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026