• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib

CƏMİYYƏT

22 Fevral 2024 | 16:42

COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncamla COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib.

Dəyişikliklə Təşkilat Komitəsinin üzvləri sırasına Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri Gülşən Axundova əlavə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026