• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BAMF nümayəndələri BMT-nin Baş Qərargahında olub - FOTOLAR

CƏMİYYƏT

13 May 2024 | 16:18 | Müəllif: Qalib İbrahimoğlu

BAMF nümayəndələri BMT-nin Baş Qərargahında olub - FOTOLAR

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında işgüzar səfərdə olublar.

Bu barədə Bakıvaxtı.az-a BAMF-dən bildirilib.

Məlumata görə, səfər zamanı BAMF-ın vitse-prezidenti Oğuz Mirzəyev və BAMF-ın İnsan Resursları üzrə Mütəxəssisi Heydər Rzayev BMT-nin baş qərargahında bir sıra konfranslarda fəal iştirak edərək aktual və qlobal məsələlərə dair fikir mübadiləsi aparıblar.

Daha sonra BAMF nümayəndələri BMT-nin QHT Bölməsinin rəhbəri, cənab Vuk-Jin Çanq ilə görüşüb.

Görüşdə hər iki tərəfin humanitar səylərinin inkişaf etdirilməsi, sülhün təşviq edilməsi, tərəfdaşlığı gücləndirmək və əməkdaşlığı genişləndirmək barəsində müzakirələr aparılıb.

Görüş zamanı Azərbaycan QHT-lərinin BMT-nin ECOSOC-da təmsilçiliyinin və inteqrasiyasının gücləndirilməsi strategiyaları, o cümlədən Azərbaycanda yerli QHT-lər üçün BMT-nin ECOSOC statusunun necə əldə edilməsi ilə bağlı onlayn sessiyaların keçirilməsi təklifi ətrafında müzakirələr olub.

Müzakirə olunan digər mühüm mövzu isə BAMF-ın dördillik hesabatlarının BMT-yə təqdim edilməsi olub. Görüş cənab Vuk-Cin Çanqın, BAMF tərəfindən göndərilən Azərbaycana səfər ilə əlaqədar dəvətinin qəbul etməsi ilə yekunlaşıb.


BAMF nümayəndələri BMT-nin Baş Qərargahında olub - FOTOLARBAMF nümayəndələri BMT-nin Baş Qərargahında olub - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026