"Kondisionerdən həddindən artıq istifadə bəzi fəsadlara səbəb olur".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim terapevti Günel Sadıqlı bildirib.
Onun sözlərinə görə, bu zaman otaqda quruluq artdığından uşaqlarda faringit kimi xəstəliyə səbəb olur.
G. Sadıqlı kondisionerlərdən istifadə zamanı diqqətli olmağa səsləyib:
"Kondisionerlərdən istifadə zamanı filterlərdən istifadə olunmalıdır. Əks təqdirdə otaqda bakteriyaların, allergenlərin artması halları yaşana bilər".
Mina Mikayılova
















